Ermənistanın hakim Mülki Müqavilə Partiyası iyulun 12-də Gorusda keçirilən siyasi toplantıda Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən Zəngəzur rayonu ərazisindən mümkün yolun çəkilməsi məsələsini müzakirə edib.
1xeber.media xəbər verir ki, bu barədə erməni mediası partiyadakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, müzakirə bağlı qapılar arxasında, mətbuatın iştirakı olmadan baş tutub:
“Görüş zamanı Baş nazir Nikol Paşinyan nəzərəçarpacaq dərəcədə gərgin olub. Partiya üzvlərində baş nazirin Türkiyə, BƏƏ və Belçikaya son səfərləri zamanı ümid etdiyi nəticə və təminatları almadığı təəssürat yaranıb”.