Kanada hökuməti Ukraynaya gətirilmiş Alman istehsalı Leopard 2 tanklarının təmiri və texniki xidməti üçün 20 milyon Kanada dolları (təxminən 15 milyon ABŞ dolları) ayırmağı planlaşdırır.
1xeber.media xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Devid Makqintiyə məlumat verib.
Kanada Müdafiə Nazirliyinin açıqlamasına görə, nazir Makqinti Polşadakı Leopard 2 texniki xidmət və təmir mərkəzinin dəstəklənməsi üçün əlavə maliyyə ayrılacağını bildirib.
Bundan əlavə, Kanadanın G7 sammitində verdiyi vəd əsasında Ukraynaya 2 milyard dollar əlavə yardım ayıracağı da açıqlanıb.
Qeyd edək ki, Ukraynanın bərpası ilə bağlı digər ölkələr də maliyyə dəstəyi göstərir. Danimarka hökuməti Ukraynanın, xüsusilə də Nikolaev və ətraf ərazilərinin su təchizatı və istilik sistemlərinin yenilənməsi üçün 435 milyon Danimarka kronu (təxminən 68,2 milyon ABŞ dolları) ayıracağını bəyan edib.