Ukrayna Silahlı Qüvvələrinin (AFU) pilotsuz təyyarəsinin Xerson vilayətində şəxsi avtobusa hücumu nəticəsində 3 nəfər ölüb, daha 3 nəfər yaralanıb.
1xeber.media xəbər verir ki, bu barədə iyulun 22-də regionun qubernatoru Volodimir Saldo məlumat verib.
"Qolopristan rayonunda AFU-nun pilotsuz uçan aparatı şəxsi avtobusa hücum edib. İlkin məlumatlara görə, 3 nəfər həlak olub. Daha 3 mülki şəxs yaralanıb və onların vəziyyəti ağırdır. Hamısı Skadovsk Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb", - o, Teleqram-kanalında yazıb.
Həmin rayonun Qladkivka kəndində mərmi minik avtomobilinə dəyib. Hücum nəticəsində 1955-ci il təvəllüdlü qadın və kişi yaralanıb. Onlar da Skadovsk Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Saldonun sözlərinə görə, AFU Nova Kaxovkada mülki avtomobilə hücum edib. İki yerli sakin xəsarət alaraq xəstəxanaya çatdırılıb. Qubernator dəqiqləşdirib ki, ukraynalı yaraqlılar Oleşki, Kaxovka, Velika Lepetixa, Dnepryanı, Malaya Lepetixa və Stara Mayaçkaya da hücum ediblər.