İstanbulda Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə ölkənin keçmiş müdafiə naziri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTX) katibi Rüstəm Umerov başçılıq edəcək.
1xeber.media xəbər verir ki, bunu iyulun 22-də Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib.
"Rusiya tərəfi ilə danışıqlar üçün nümayəndə heyəti formalaşdırmağı tapşırmışam. Nümayəndə heyətinə Rustem Umerov başçılıq edəcək", - Zelenski Telegram kanalında yazıb.
Ukrayna lideri onu da vurğulayıb ki, Ukrayna nümayəndə heyətinin tərkibinə ölkə kəşfiyyatı, Xarici İşlər Nazirliyi və Prezident Aparatının nümayəndələri daxil olacaq.