Rusiya Ali Məhkəməsinin 71 yaşlı sədri İrina Podnosova Moskvada dünyasını dəyişib.
1xeber.media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Podnosova ağır xəstəlikdən sonra dünyasını dəyişib.
2024-cü il aprelin 4-də Rusiya Prezidenti yanında komissiya Podnosovanın Ali Məhkəmənin sədri vəzifəsinə namizədliyini təsdiqləyib. O, Ali Məhkəməyə rəhbərlik edən ilk qadın olub.