Polşa Xarici İşlər Nazirliyi respublika vətəndaşlarına Rusiya ərazisini tərk etməyi tövsiyə edib.
1xeber.media xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Polşa vətəndaşlarına zəruri tələb olmadığı halda Rusiya ərazisini tərk etməyi tövsiyə edirik”, - məlumatda deyilib.
Bundan əlavə, diplomatik nümayəndəlik Rusiya pasportu olan polyaklara xəbərdarlıq edib ki, onlar Rusiyada bundan sonrakı bütün şərtlərlə Rusiya vətəndaşı sayılırlar.