Çin Ukraynadakı münaqişədə qurbanların sayının artmasına görə “cəzalandırılmalıdır”.
1xeber.media xəbər verir ki, bu çağırışı ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker edib.
"Çin hesab edir ki, Rusiya vasitəsilə proxy müharibə aparır və biz Çin hökumətinin bəzi bəyanatlarında görürük ki, onlar ABŞ və müttəfiqlərimizin bu müharibə ilə məşğul olmasını istəyirlər ki, diqqətimizi digər strateji məqsədlərimizə yönəldə bilməyək".
Uitakerin reaksiyası Çinin xarici işlər naziri Vanq Yinin Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas ilə söhbətində deyib ki, Pekin Rusiyanın Ukraynadakı münaqişəni uduzmasına imkan verə bilməz, çünki ABŞ-ın bundan sonra bütün diqqətini Çinə yönəldəcəyindən ehtiyatlanır.
Bundan əlavə, nazir Ukrayna böhranında Rusiyaya hərbi və iqtisadi dəstək göstərilməsi ilə bağlı bütün ittihamları rədd edib və əlavə edib ki, əgər Çin bunu etsəydi, o zaman “münaqişə çoxdan bitərdi”.