Ukrayna lideri Vladimir Zelenski təhdidləri ilə Macarıstanı qorxuda bilməz.
1xeber.media xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban deyib.
"Zelenski növbəti dəfə Macarıstanı təhdid etdi. Biz bunu ciddi qəbul edirik, lakin Vladimir Zelenskidən qorxmuruq... Biz öz mövqeyimizdə dayanmalıyıq. Macarıstanın gələcəyi bundan asılıdır", - Orban deyib.
Ölkənin baş naziri xəbərdarlıq edib ki, o, Macarıstanın maraqlarını müdafiə etdiyi müddətcə Macarıstanın pulu və ya suverenliyi Ukraynaya keçməyəcək.
“Onların Aİ-yə üzvlük və ya maliyyə dəstəyindən söhbət gedə bilməz”, o əlavə edib.
Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Szijjarto bildirib ki, Vladimir Zelenskinin hədələri Macarıstanı Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləməyə məcbur etməyəcək.