ABŞ Prezidenti Donald Tramp Çinə potensial səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşə bilər.
1xeber.media xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp qeyd edib:
“Bizim çoxlu görüşlərimiz ola bilər. Məni çoxları dəvət edib və biz yaxın gələcəkdə qərar verəcəyik”, Tramp əlavə edib.
Qeyd edək ki, daha öncə Trampın Çində Si Szinpin və Vladimir Putinlə görüş ehtimalı barədə xəbərlər yayılıb.