Cari ilin iyun ayının sonuna Azərbaycanda fəaliyyət göstərən bankların depozit portfelinin həcmi açıqlanıb.
1xeber.media bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, depozit portfelinin həcmi ən yüksək olan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın depozit portfelinin həcmi 9,477 milyard manat təşkil edib.
İkinci sırada 9,068 milyard manat depozit portfeli ilə "Kapital Bank" dayanıb. Siyahının üçüncü pilləsində isə 6,708 milyard manat depozit portfeli ilə "PAŞA Bank" qərarlaşıb.
Depozit portfelinin həcmi ən az olan bank isə "Bank Melli İran" Bakı filialı olub. Bankın depozit portfelinin həcmi 36,167 milyon manat təşkil edib.