İsrailin xarici işlər naziri Gideon Saar Kiyevdə Ukrayna lideri Vladimir Zelenski ilə görüşüb.
1xeber.media xəbər verir ki, bu barədə israilli nazir X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
"İndicə Kiyevdə prezident Zelenski ilə görüşdüm. Yaxşı və mehriban görüş oldu", - nəşr yazır.
Siyasətçilər ölkələr arasında ikitərəfli münasibətlərin gücləndirilməsinin vacibliyini, Ukrayna və Yaxın Şərqdəki münaqişələri müzakirə edərək, İrana xüsusi diqqət yetiriblər.
Saar Zelenskidən İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımasını istəyib və “Avropa üçlüyü”nün (Böyük Britaniya, Fransa, Almaniya) İrana qarşı sanksiyalarının vacibliyini bəyan edib.
İsrailin xarici işlər naziri Gideon Saar iyulun 22-də Kiyevə gəlib.