Almaniyanın Grimma şəhəri yaxınlığında hərbi helikopter qəzaya uğrayıb.
1xeber.media xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Bildirilib ki, helikopterin qalıqları Mulde çayında aşkar edilib.
Hazırda hadisə yerində polis və xilasedicilər işləyir, pilotun axtarışları davam etdirilir.
***
Almaniyanın müdafiə naziri Boris Pistorius Silahlı Qüvvələrə məxsus helikopterin qəzaya uğraması nəticəsində azı iki nəfərin öldüyünü və bir nəfərin itkin düşdüyünü açıqlayıb.
Nazir bu barədə hadisə yerinə baş çəkdikdən sonra məlumat verib.
Hərbi Hava Qüvvələrindən həlak olan və itkin düşənlərin şəxsiyyəti barədə ətraflı məlumat verilməsə də, onların təcrübəli ekipaj olduğu bildirilib.