1xeber.media xəbər verir ki, Fələstinin radikal HƏMAS hərəkatı vasitəçilər vasitəsilə İsrailə məlumat verib ki, Qəzza zolağında humanitar böhran düzələnə qədər danışıqları davam etdirməyəcək, bu barədə iyulun 31-də “The Jerusalem Post” (JP) mənbələrə istinadən məlumat yayıb.
Eyni zamanda, İsrail HƏMAS-ın ölən girovların cəsədlərinin azad edilməsi müqabilində döyüşlər zamanı həbs edilmiş və əsir götürülən qruplaşma üzvlərinin azad edilməsi tələblərini rədd edib.
Nəşrin mənbələrinə görə, İsrailin baş naziri Benyamin Netanyahu iyulun 28-də keçirilən qapalı iclasda girovlarla bağlı danışıqların nəticəsiz qalacağı təqdirdə anklav ərazisinin qismən ilhaqını müzakirə edib. Misir və Qətərin təmsil olunduğu danışıqlarda vasitəçilərin görüşlərin yeni raundunun təşkili üzərində işi davam etdirdiyi bildirilir.