Avqustun 6-da Aeroflot Moskvadan Tehrana uçuşları bərpa edəcək.
1xeber.media xəbər verir ki, bu barədə iyulun 31-də aviadaşıyıcının mətbuat xidməti məlumat yayıb.
"Uçuşlar avqustun 6-da həftədə bir dəfə çərşənbə günləri, sentyabrın 12-dən isə həftədə iki dəfə çərşənbə və cümə günləri olmaqla başlayacaq", - Aeroflotun Teleqram kanalı aydınlıq gətirib.
Qeyd olunur ki, uçuşlar “Airbus A321” təyyarələrində həyata keçiriləcək.