Ukrayna üçün Amerika silahlarının alınması, Avropa İttifaqı (Aİ) və ABŞ arasında tarif razılaşması və enerji təchizatı müqaviləsi kimi təqdim edilən bu yaxınlarda bağlanmış müqavilənin bir hissəsi olduğu ortaya çıxdı.
1xeber.media TASS-a istinadən xəbər verir ki, bunu Macarıstanın baş nazirinin administrasiyasının rəhbəri Qergeli Qulyas bildirib.
"Saziş Ukraynaya dəstəkdən gedir, çünki o, Aİ-nin 750 milyard ABŞ dollarına Amerika enerji resurslarını, həmçinin Avropanın Ukraynaya verə biləcəyi Amerika hərbi texnikası və silahlarını almasını nəzərdə tutur", - siyasətçi bildirib.