Avropa ölkələri Rusiya ilə “ümumi qaydalar” arasında seçim etməlidir.
1xeber.media xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb deyib.
"Avropa mühüm qərar qarşısındadır. Mən sizi gücdən istifadə və ümumi qayda və prinsiplər arasında seçim etməyə çağırıram", - dövlət başçısı konkret ölkələrin adlarını çəkmədən qeyd edib.
Stubb əlavə edib ki, Avropanın Rusiya ilə münasibətlərinin bərpası üçün şərtlərdən biri “Ukraynada ədalətli və davamlı sülhdür”.
İyulun 28-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya münasibətləri bərpa etmək üçün Qərb ölkələrinin mümkün təkliflərinə çox sərt yanaşacaq. Eyni zamanda, nazirin sözlərinə görə, Moskva təcrid olunmağa can atmır, lakin Qərb ölkələrinin boykotlarından qorxmur.