“Şazeli” restoranlar şəbəkəsi bu ictimai-iaşə obyekti ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə reaksiya bildirib.
Restoranlar şəbəkəsinin mətbuat katibi Ramal İsayev bildirib ki, sözügedən obyekt artıq bir neçə gündür fəaliyyət göstərmir və hal-hazırda yenidənqurma və təmizlik işləri aparılır:
“Son günlər sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən “Şazeli” restoranının mətbəxində antisanitar şəraitin hökm sürdüyünə dair görüntülər yayılıb. Mətbəxdə həşəratların gəzdiyi və xoşagəlməz qoxunun olduğu iddia olunur.
Bu gün çəkiliş zamanı restoran fəaliyyət göstərmədiyi üçün bəzi qida qalıntılarının və natamam vəziyyətin müşahidə olunması təbii haldır. Fəaliyyətdə olmayan məkanlarda bu tip görüntülərin yaranması mümkündür.
Restoranımız illərdir fəaliyyət göstərir və bu müddət ərzində aidiyyəti qurumların apardığı yoxlamalardan uğurla keçib. Müştərilərimizin sağlamlığı və məmnuniyyəti hər zaman bizim əsas prioritetimiz olub və olacaq”.Qafqazinfo