Türkiyənin Balıkesir şəhərində 6,1 maqnitudalı zəlzələ olub.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd edilib ki, yeraltı təkanların miqyası güclü olub. İstanbul, Trakya və İzmir şəhərlərində də hiss edilib.
Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Təxminən 20 saniyə davam edib.
Təbii fəlakətin fəsadları barədə hələ məlumat yoxdur.
***
Ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında zəlzələ ilə bağlı açıqlama yayıb:
“Balıkəsirdə, Sındırgıda 6,1 bal gücündə zəlzələ baş verib. Bütün AFAD qrupları və aidiyyəti qurumlarımız İstanbul və ətraf vilayətlərdə də hiss olunan zəlzələ ilə bağlı dərhal çöl araşdırmalarına başlayıb. Hazırda heç bir mənfi hadisə yoxdur. Vəziyyəti daim izləyirik”.