Qalmaqalları ilə mediada tez-tez gündəmə gələn Lombard Dilarə Bağırova Ədliyyə naziri Fərid Əhmədovu şantaj edir.
Özünü mediada zərərçəkən görkəminə verən Dilarə Bağırova adlı lombard (sələm) fəaliyyəti ilə məşğul olan şəxs indi də mediada ona qarşı çıxarılan məhkəmə qərarlarını arqument kimi gətirərək Ədliyyə nazirliyində son illər aparılan kadr və struktur islahatlarını şübhə altına alır.
Bir müddət öncə zərərçəkən-şikayətçi "imicində" mediada yenidən peyda olan Samirə Bağırova adın ın önünə "sahibkar" sözü yazdıraraq ona qarşı çıxarılan məhkəmə qərarını ədalətsiz-sifarişli sayır və bu qərarın arxasında birbaşa Ədliyyə naziri Fərid Əhmədivun dayandığını qeyd edirdi.
Dilrə Bağırovun naziri hədəfə alan şikayətində yazılır:
"Dilarə Bağırova 2019‑cu ildə Samirə Məmmədova (ad şərtidir - red.) tərəfindən təhqir edilməsi ilə bağlı xüsusi ittiham qaydasında Səbail Rayon Məhkəməsinə müraciət edib. Bağırova sonradan Samirə Məmmədovanı bağışlayıb. Buna səbəb Samirə Məmmədovanın dünyasını dəyişməsidir.
Qeyd edək ki, Samirə Məmmədova dünyasını dəyişməmişdən əvvəl Dilarə Bağırovaya qarşı mülki iddia qaldırmışdı. Həmin iddiada o, Dilarə Bağırovadan girov qoyulan əşyaların geri qaytarılmasını tələb edib.
Şikayətdən aydın olur ki, girov müqabilində Samirə Məmmədova Dilarə Bağırovaya 47 000 manat borclanıb. Ekspertiza bəyannaməsində girov qoyulan əşyaların dəyərini 200 000 manat qiymətləndirib.
Samirənin vəfatından sonra onun hüquqi varisi kimi həyat yoldaşı Xalid Niyazov məhkəmə mübahisələrində iştirak edib.
Şikayət üzrə bir neçə dəfə məhkəmə baxışı keçirilib.
Nəhayət, Bakı Apellyasiya Məhkəməsi Xalid Niyazovdan 47 000 manatın Dilarə Bağırovaya, Bağırovadan isə girov qoyulan əşyaların Xalid Niyazova verilməsinə dair qətnamə çıxarıb".
Vətəndaşın məhkəmə qərarında da göstərildiyi kimi 200 min manatlıq qızıl zinət əşyasını qaytarmayan Dilarə Bağırova qeyri-qanuni fəaliyyətində firov götürüb faizə pul verdiyi 34 avtomobilə "həbs" qərarı çıxarılmasının arxasında Fərid Əhmədovun dayandığını qeyd edir.
"Qarşı tərəfin vəkili Muxtar Mustafayev nazirlə yaxın tanışıdır. Vəkil məhz bu yaxınlıqdan istifadə edərək icra orqanlarına təzyiq göstərib, onların məhkəmə qərarını icra etməsinə mane olub".
Maraqlıdır ki, faizə pul verən, vergi mükələfiyyəti şübhəli olan Dilarə Bağırovanın Ədliyyə naziri Fərid Əhmədova qarşı ittihamına nazirlik hələ ki, cavab verməyib.
Qeyd edək ki, Dilarə Bağırova bir neçə il öncə məşhur futbolçu Vaqif Cavadova yüksək faizə verdiyi pula görə gündəmə gəlmişdi. Həmin vaxt yenə də öz "üslübuna" sadiq qalan Dilarə Bağırova zərərçəkən-sahibkar imicində mediada Vaqif Cavadovu onun pulunu alıb qaytarmamaqda günahlandırırdı.
Faizə pul verən Dilarə Bağırovanın fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir.
Qarşı tərəfin mövqeyini işıqlandıra bilərik.
Mənbə: xalqxeber.az