Xəbər verdiyimiz kimi,müğənni Rəqsanə İsmayılova həbs olunub. O, vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
1xeber.media xəbər verir ki, Milli.Az-ın əldə etdiyi məlumata görə, müğənni 2 il əvvəl Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağına vəd verərək dələduzluq əməlini törədib.
Belə ki, həmin iş adamının yaxınları Rəqsanə İsmayılovaya 520 min dollar pul veriblər.
Müğənni isə bu pulla Rusiyada həbsə olan iş adamını azadlığa buraxdıracağına söz verib. 2 il keçməsinə baxmayaraq həmin şəxs azadlığa buraxılmayıb.
Daha sonra həmin şəxslərin şikayətindən sonra cinayət işi başlanıb və Rəqsanə İsmayılova həbs olunub.