Ağ Ev Ukrayna rəsmilərindən prezident Volodimr Zelenskinin Oval kabinetdə prezident Trampla görüşündə kostyum geyinib-geyinməyəcəyini soruşub.
1xeber.media xəbər verir ki, bunu “Axios” nəşri öz mənbələrinə istinadən yazıb.
“Əgər Zelenski bu gün kostyum və qalstukda görünsəydi, bu, sülh nişanəsi olardı. Amma biz onun belə geyinəcəyini gözləmirik”, — Trampın müşaviri nəşrə bildirib.
Ukrayna prezidentinin bu gün Ağ Evə, iyun ayında Niderlandda keçirilən NATO sammitində geyindiyi qara gödəkçə ilə gələcəyi gözlənilir.