ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında üçtərəfli görüşə ehtiyac olduğunu açıqlayıb.
1xeber.media xəbər verir ki, O, Ağ Evdə Ukrayna lideri ilə görüşü zamanı buna çağırıb.
Onun sözlərinə görə, belə bir görüş Ukraynada münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün lazımdır. Ağ Ev rəhbəri vurğulayıb ki, Avropa liderləri ilə görüşlərdən sonra Putinə zəng edəcək.
"Üçtərəfli görüşümüz ola bilər, olmaya da bilər. Üçtərəfli görüş olmasa, döyüşlər davam edəcək. Əgər olarsa, məncə, mümkün nəticə əldə etmək şansımız yüksəkdir", - o vurğulayıb.
Bundan əvvəl Tramp, nəhayət, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar verib. “Ukraynanın NATO-ya üzvlüyünün yolverilməzliyi ilə bağlı söhbət Putindən çox əvvəl idi”, o xatırladıb.