Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin ABŞ-dan silah almaqda problemləri olduğunu bildirib.
1xeber.media xəbər verir ki, O, bu barədə Ağ Evdə Amerika lideri Donald Trampla görüşü zamanı danışıb.
Onun sözlərinə görə, Ukrayna Amerika silahlarını almaq imkanına görə ABŞ-a minnətdardır. O, həmçinin Avropa ölkələrinə bunu NATO proqramı vasitəsilə ödədiklərinə görə təşəkkür edib.
“Bizim maliyyələşmə üçün pul almaqla bağlı bir neçə problemimiz var”, - deyə Zelenski əlavə edib.
Bundan əvvəl Tramp münaqişənin sülh yolu ilə həlli çərçivəsində ABŞ-ın Ukraynanı “çox yaxşı müdafiə” ilə təmin edəcəyinə söz vermişdi. “Biz onları çox yaxşı müdafiə edəcəyik, onları çox yüksək səviyyədə təhlükəsizliklə təmin edəcəyik.