Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında söhbət bağlı qapılar arxasında davam edib.
1xeber.media xəbər verir ki, bu barədə Ukraynanın UNIAN nəşri məlumat yayıb.
Nəşrdə vurğulandığı kimi, iki lider arasında danışıqların “ən maraqlı” mərhələsi başlayıb, onun nəticələri daha sonra məlum olacaq.
Ağ Ev Tramp və Zelenski arasında qapalı formatda görüşün davam etdiriləcəyini açıqlamayıb.
Amerika və Ukrayna prezidentləri arasında danışıqlar Moskva vaxtı ilə saat 20:15-də başlayıb. Təxminən 25 dəqiqə davam etdilər. Zelenski ilə söhbət başa çatdıqdan sonra Tramp Ağ Evdə Avropa ölkələrinin liderlərini qəbul edəcək.