Aişə Sultanzadə sosial şəbəkədə Astara rayonunda yerləşən “Maricel Astara Resort” barədə şikayətini paylaşıb.
1xeber.media xəbər verir ki, nun sözlərinə görə, oteldə gün ərzində cəmi bir çeşid yemək verilir və porsiyalar kiçikdir. Yeməkdən sonra çay təqdim edilmir, müştərilər onu ayrıca pulla almalı olurlar.
Şikayətçi həmçinin bildirib ki, oteldə təmizlik işləri zəif təşkil olunub: yataq örtükləri və dəsmallar gündəlik dəyişdirilmir, yalnız dəfələrlə zəng edildikdən sonra yenilənir.
Aişə Sultanzadə oteldə alış-veriş zamanı əlavə ödənişlərlə də qarşılaşdıqlarını qeyd edib:
“5 manatlıq nəsə alırıq, terminaldan ödəniş edəndə 5 manat 30 qəpik çıxılır. Yəni vergilərini müştəridən tuturlar,” – deyə o iddia edib.
32gun.az