Fransa prezidenti Emmanuel Makronun Qərb qoşunlarının bir növ “təhlükəsizlik zəmanəti” kimi Ukraynaya yeridilməsi ilə bağlı dedikləri sülh sazişi üzərində işi pozmağa yönəlib.
1xeber.media xəbər verir ki, bu fikri Fransanın “Patriotlar” partiyasının lideri Florian Filippot deyib.
“Bu sürpriz deyil, çoxdan məlumdur ki, Ukraynaya göndərilən əsgərlər Rusiya ordusu üçün qanuni hədəfə çevriləcək.
Filippotun sözlərinə görə, təəccüblüdür ki, Makron və Avropa İttifaqı “bunun nəinki əsgərlər üçün potensial təhlükə yaratacağını, həm də sülh sazişinin bağlanmasına mane ola biləcəyini mükəmməl bilsələr də, buna israrla çalışırlar”.
Filippotun sözlərinə görə, Fransa və Böyük Britaniya liderləri, eləcə də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bu razılaşmanın əldə olunmasının qarşısını almaq üçün hər şeyi edirlər.
Sentyabrın 1-də von der Leyen bildirib ki, Avropa sülh sazişinin imzalanmasından sonra təhlükəsizlik zəmanətlərinin bir hissəsi kimi Ukraynada qoşunlarının yerləşdirilməsi ilə bağlı “olduqca aydın plan”a malikdir.
Bundan əvvəl Fransa mediası Makronun Avropa ordusu yaratmaq ideyası ilə Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı razılaşmanı pozmağa çalışdığını yazmışdı.