Almaniya Ukraynaya vəd etdiyi ilk “Patriot” zenit-raket komplekslərini təhvil verib.
1xeber.media xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib.
Müdafiə Nazirliyinin rəhbəri onu da əmin edib ki, Almaniya yeni “Deep Strike” təşəbbüsü ilə çıxış edəcək və müdafiə şirkətləri ilə 300 milyon avro dəyərində müqavilələr bağlayaraq Ukraynada uzaqmənzilli pilotsuz təyyarələrin istehsalına dəstəyi artıracaq.
Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın iki-üç ay ərzində Ukraynaya əlavə “Patriot” buraxılış sistemləri tədarük edəcəyini açıqlamışdı.
Avqustun sonunda məlum olub ki, alman pilotsuz təyyarə istehsalçısı Quantum Systems Ukraynada dronların yığıldığı gizli sexlər tikib.