1xeber.media xəbər verir ki, “The Wall Street Journal” Aİ-dəki mənbələrə istinadən yazır ki, Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampın Çin və Hindistandan gələn mallara yüksək gömrük rüsumlarının tətbiqi tələbini rədd edərək, Aİ-nin tariflərdən sanksiyalar vasitəsi kimi istifadə etmədiyini bildirib.
Qeyd olunur ki, Tramp bu tələbi sentyabrın 9-da Vaşinqtonda ABŞ-Avropa İttifaqı sanksiyaları görüşündə səsləndirib. Onun məqsədi Hindistanın Rusiyadan neft alışını məhdudlaşdırmaqla və Çinin Rusiyaya iqtisadi dəstəyini azaltmaqla Rusiyaya təzyiqi artırmaq idi.