Kliniki Tibbi Mərkəzdə əməliyyat olunan xəstələrdən birinin valideyni mövcud şəraitlə bağlı narazılıq bildirib.
Metbuat. az-ın qaynar xəttinə daxil olan şikayətdə qeyd olunur ki, xəstəxanada istifadə edilən yorğan-döşək cırıq və baxımsız vəziyyətdədir. Bundan əlavə, müəssisədə isti suyun olmaması da problem kimi göstərilib. Valideynin sözlərinə görə, ondan əlavə pul tələb olunub. Bundan əlavə, xəstənin çarpayıya yerləşdirilməsi də yaxınlarından tələb olunub, amma bunun üçün pasientin atasının içəri daxil olmasına da icazə verilməyib.