Peşəmizə sevgi ilə fəaliyyətə başladıq. Özəl və dəqiq xəbərlərlə oxucu sevgisi, oxucu etimadı qazanmağın asan olmadığını bilirdik. Fasiləsiz iş rejimində əmək sərf edib, zəhmət çəkərək qısa müddətdə istinad məınbəyi ola bildik. Bir çox xəbərlərimiz gündəm oldu, müzakirə edildi.
Fəxrlə deyə bilərik ki, bir sıra problemlərin həlli istiqamətində operativ tədbirlərin görülməsinə səbəbkar olduq.
Sosial platformalarımızı gücləndirmək üçün səylərimizi səfərbər etdik. Bu sahədə ciddi rəqabətin mövcud olduğu bir zamanda oxucuların, izləyicilərin marağını cəlb etmək, dəqiq və özəl xəbərləri çatdırmaq peşəkar yanaşma tələb edirdi. Hadisələrə operativ reaksiya bizim ümdə işimz oldu. Sosial platformalarımızda real abunəçilərimizin etimadı bizim xəbərlərin 100 minlərlə, bəzən milyonlarla izləyici baxışı ilə nəticələndi.
Azərbaycanda medianın inkişafında danılmaz rolu olan Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı, jurnalistlərə olan özəl yanaşması hər zaman media nümayəndələrinə ruh verib.
Prezident İlham Əliyevin mediaya, azad sözə və fikrə, məlumat azadlığına verdiyi önəm, diqqət və qayğı fəaliyyətimizə işıq salır, bizə güc verir.
Bu gün də, sabah da eyni əzm və iradə ilə işimizə davam edirik. Özəl, dəqiq xəbərlərin ünvanı olmaq üçün daha çox çalışmaq və öyrənmək, sizin xəbər ajansınız olmaq bizim işimizdir.
Ad günümüz, ad gününüz mübarək Ajans.az saytına etimad göstərən əziz izləyici və oxucular.
Tural Müseyibov
1xeber.media adından Ajans.az saytının əməkdaşlarını təbrik edir,fəaliyyətlərində uğurlar arzulayırıq!