Tərtərdə yük və minik maşınları toqquşub, ölən və yaralanan var.
1xeber.media xəbər verir ki, hadisə Tərtər-Hindarx yolunun Tərtər rayonunun İlxıçılar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "QAZel" markalı yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində minik maşınının sürücüsü, Goranboy rayon sakini, 2001-ci il təvəllüdlü Həsənov Eltun Müşviq oğlu həyatını itirib. Yük maşının sürücüsü, Tərtər rayon sakini 1962-ci il təvəllüdlü İsbəndiyarov Qamət Məmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.