1xeber.media xəbər verir ki,Belçikanın müdafiə naziri Teo Franken “Le Soir” nəşrinə müsahibəsində bildirib ki, Belçikanın paytaxtında təhlükəsizliyi təmin etmək üçün qoşunlar ilin sonuna qədər Brüsselə yerləşdirilə bilər.
O, hələlik yekun qərarın verilmədiyini, lakin ehtimalın qaldığını vurğulayıb. "Təhlükəsizliyin prioriteti ordunun deyil, polisin üzərinə düşür. Lakin daxili işlər naziri Kentin məndən soruşanda, bu, ölkəni qorumalı olan Müdafiə Nazirliyinin məsuliyyətinə çevrilir"."İlin sonuna qədər əsgərləri küçələrə çıxarmaq olarmı? Mən "hə" deməmişəm, amma "yox" da deməmişəm", - nazir qeyd edib.
O, Belçikanın paytaxtında vəziyyətin həm təhlükəsizlik, həm də siyasi və sosial məsələlər baxımından “dramatik” olduğunu vurğulayıb. Rəsmi həmçinin Brüsseldəki vəziyyətdən narahatlığını bildirib.