ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper Qəzza zolağına səfər etdikdən sonra təsdiqləyib ki, Amerika qoşunları sülh sazişlərinin icrasına nəzarət etmək üçün birbaşa Fələstin anklavına yerləşdirilməyəcək.
1xeber.media xəbər verir ki, bu barədə Kuperin "X" səhifəsində yerləşdirilmiş bəyanatında bildirilib.
"Komandanlığın nəzdində Mülki-Hərbi Əməkdaşlıq Mərkəzinin yaradılması istiqamətində görülən işlər barədə hesabat vermək üçün Qəzzadan indicə qayıtdım. Mərkəz münaqişədən sonrakı sabitliyin dəstəklənməsinə yönəlmiş fəaliyyətləri əlaqələndirəcək. Bu əlamətdar səylər Qəzzada ABŞ qoşunlarının iştirakı olmadan həyata keçiriləcək", - deyə o bildirib.
"Fox News"un jurnalisti Cennifer Qriffin sözlərinə görə, ABŞ prezidentinin nümayəndəsi Stiven Uitkoff razılaşdırılmış qoşunların çıxarılmasının həyata keçirilməsini təmin etmək üçün Kuperlə birlikdə Qəzzadakı İsrail hərbi bazasına baş çəkib. Bundan sonra hər ikisi İsrailə qayıdıb.