Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kolleci haqqqında şikayətlər səngimək bilmir.
1xeber.media daxil olan daha bir şikayətdə Haşımlı Nigar adlı kollec əməkdaşı rəhbərlik tərəfindən təziqlərlə üzləşdiyini iddia edir.
Vətəndaşın müraciətini olduğu kimi təqdim edirik:
"Mən Haşımlı Nigar İsmayıl qızı Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollecdə dəftərxana müdiri vəzifəsində çalışıram. 09.07.2025-ci il tarixindən kollecə direktor təyin olunan Hicran Əyyubova tərəfindən təzyiqlərə məruz qalmışam. Tək mən deyil onlarla iş yoldaşım da eyni vəziyyətdədirlər Dəfələrlə müxtəlif qurumlara əsasən də Dövlət Əmək Müfəttişliyinə şikayet ərizəsi yazmışam. Hicran Əyyubova hər dəfə təhrif olunmuş məlumatlarla müfəttişliyə cavab məktubu yazmışdır. Gəldiyi gündən mənə dəfələrlə söz göndərib ki ərizəni yaz işdən çıx. Mənim iki azyaşlı körpəm var və yeganə gəlir mənbəyim bu kollecdi. İşdən çıxmadığım üçün mənim əmək haqqına əlavəmi qərəzli şəkildə kəsərək məni maddi sıxıntıya salıb. 1 ildən artıqdı işləməyimə baxmayaraq mənə əmək məzuniyyəti verməyib. Dəfələrlə iyul, avqust, sentyabr aylarında ərizə ilə müraciət etmişəm və heç bir səbəb olmadan ərizəmi rədd edib. Hal-hazırda da heç bir işçinin mənimlə danışmağına icazə vermir. Mənə kim Salam versə təhdid olunurlar. Vəzifəmi həyata keçirməyə icazə vermirlər. Mənim adımdan tütor işçilərin ərizlərini qəbul edir. Mənim vəzifəmi başqa biri həyata keçirir. İşdən çıxmadığım üçün direktor Hicran Əyyubova müavinləri və tanımadığım bəzi Tovuz kollecinden gətirilən işçılər qanunsuz olaraq yığılıb 1 saat müddətində məni ayaq üstə saxlayaraq təhdid ediblər və akta qol çəkməyimə məcbur ediblər və bunun sübutları da məndə mövcuddur. Direktor və müavini Gülnar Kərimova o akta qol çəkmədiyim təqdirdə yeni bir akt tərtib edib mənim şəxsi işimə tikəceklerini bildiriblər. Sənədlər vaxtı-vaxtında mənə verilmir və mən tələb etsəm belə qərəzli şəkildə uzadılır. Sonra isə mənim vəzifəmi yerinə yetirmədiyim iddiasını irəli sürürlər. Direktor və müavini biz otağın yanından keçsək belə sən ayaq üstə durmalısan biz səndən üstünük deyirlər. Bir işçinin bu qədər təziq altında saxlanılması nə qədər qanuna uyğundur? Artıq keçirdiyim bu qədər stres və əsəblə əlaqədar səhhətimdə problemlər yaranıb. Mənim şikayətimə baxılması və mənim əmək hüquqlarımın bərpası üçün mən artıq neyləməliyəm? Bir işçini ölüm həddinə çatdırıblar. Buna kim məsuliyyət daşıyacaq? Mən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət edirəm. Ümid edirəm və inanıram ki, siz mənə köməklik göstərəcəksiniz. Əlbəttə ki, dövlətin öz vətəndaşına mərhəmət, qayğı göstərməsi onun gücünün və əzəmətinin ifadəsidir. Sizə öncədən təşəkkür edirəm."