Egey dənizinin Türkiyənin Bodrum sahillərinə düşən ərazisində qanunsuz miqrantları daşıyan rezin qayıq batıb.
1xeber.media xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb.
Bildirilib ki, hadisə nəticəsində 14 nəfər ölüb.
Ərazidəki axtarış-xilasetmə işlərinə 4 Sahil Mühafizə qayığı, Sahil Mühafizə dalğıc qrupu, helikopter və çoxsaylı heyət cəlb olunub.
Məlumata görə, 2 nəfər xidmət əməkdaşları tərəfindən xilas edilib. İtkin düşdüyü ehtimal olunan daha 2 şəxsin axtarış-xilasetmə işləri isə davam edir.
***
Bodrum sahillərinə yaxın bölgədə qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 17-yə çatıb.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Xilasetmə üçün 77 nəfərlik şəxsi heyət cəlb olunub.
















