Britaniya alimləri supermarketlərdə bekon (donuz əti) satışının qadağan edilməsini tələb edirlər. Onlar həyəcan təbili çalaraq bildiriblər ki, bu məhsul 54 mindən çox adamın xərçəngə tutulmasına səbəb olub.
1xeber.media xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Ekspertlərin iddiasına görə, bekon, vetçina və kolbasa istehsalında ət emalı vasitələrinin nitratlarla vəhdəti kanserogen birləşmələrin əmələ gəlməsinə səbəb olur.
Qeyd edək ki, britaniyalı alimlərin bu xəbərdarlığından düz on il əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) emal edilmiş əti 1-ci qrup kanserogen kimi təsnif etmiş, onu tütün və asbestlə eyni risk kateqoriyasına daxil etmişdi.
















