Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gürsel Qüdrət oğlu İsmayılzadə vəzifəsindən geri çağırılıb.
1xeber.media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Həmçinin Prezidentin digər Sərəncamına əsasən, Məmməd Afiq oğlu Talıbov Azərbaycanın Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Honduras Respublikasında, Kolumbiya Respublikasında, Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Panama Respublikasında və Peru Respublikasındakı səfiri vəzifəsindən geri çağırılıb.
















