Xilasedicilər Moskvanın cənub-şərqində inzibati binada 450 kvadratmetr ərazini əhatə edən yanğının qarşısını alıblar.
1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 28-də Moskva Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti özünün Telegram kanalında məlumat yayıb.
“450 kvadratmetr sahədə yanğının qarşısı alınıb”, - agentliyin açıqlamasında bildirilir.
Moskva Fövqəladə Hallar Nazirliyi tələfatla bağlı heç bir məlumat yaymayıb. Yanğınsöndürmə işləri davam edir.
















