
Ukrayna prezidenti Vladimir Zelenski Qərb rəsmiləri ilə atəşkəs planını müzakirə etmək üçün görüş keçirəcəyini açıqlayıb.
1xeber.media xəbər verir ki, onun sözlərini Reuters agentliyi yayıb.
"Bu, müharibəni bitirmək planı deyil. İlk növbədə, atəşkəs lazımdır. Bu, diplomatiyaya başlamaq planıdır", - Ukrayna lideri bildirib.
Onun sözlərinə görə, Ukrayna və Kiyevin Qərb tərəfdaşlarının nümayəndələri planın detallarını müzakirə etmək üçün cümə və ya şənbə günü görüşəcəklər.
Bundan əvvəl Zelenski rusiyalı həmkarı Vladimir Putinlə Rusiya və Belarusda görüşməkdən imtina edib. Ukrayna liderinin sözlərinə görə, Budapeşt onun üçün problem deyil. Məsələ yalnız Macarıstanın baş naziri Viktor Orban və onun Kiyevlə bağlı siyasətindədir.
















