İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun üçüncü oğlu Mehralı Səmədov da vəzifəsindən uzaqlaşdırılıb.
1xeber.media xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.
O, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyindəki şöbə rəisi vəzifəsindən azad edilib. M.Səmədovun qardaşlarından biri Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi, digəri İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini idi. Bundan əvvəl onlar da işdən çıxarılıblar.
















