Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin keçmiş müşaviri Ercan Babakumarov qətlə yetirilib.
1xeber.media xəbər verir ki, bu barədə məlumatı “Ulysmedia.kz” portalı yayıb.
İlkin məlumata görə, 56 yaşlı Babakumarov Astanada naməlum şəxs tərəfindən döyülüb və onun ölümünə səbəb məhz bu olub.
Hadisəni törədən şəxsin saxlanıldığı bildirilir. Bununla belə, digər detallar açıqlanmayıb.
















