"Hələki amnistiya ilə bağlı hansısa addım nəzərdə tutulmayıb. Mümkündür ki, olsun. Biz də çox arzulayırıq. Nə qədər əfv və amnistiya addımları olursa, müəyyən həbs yerlərində cəzaçəkən insanlardan daha çox onların yaxınları sevinirlər".
1xeber.media xəbər verir ki, bunuaçıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü, deputat Fazil Mustafa "Konstitusiya və Suverenlik ili" çərçivəsində amnistiyanın ola biləcəyi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
Komissiya üzvü bildirib ki, insanlara sevinc bəxşt etmək hamının arzusudur: "Amma müəyyən standartlar var və onlar nəzərə alınmalıdır. Hər il kifayət qədər insan əfv vasitəsilə azadlığa qovuşur. Amnistiya çox önəmli hadisələr baş verəndə olur. Dövlət qurumları ciddi təhlil edir, zərurət yarananda bu addımın atılması nəzərdə tutulur. İndi nəzərdə tutulmasa da, gələcəkdə mümkündür".
Qeyd edək ki, müstəqillik dövründə Azərbaycanda ümumilikdə 12 amnistiya aktı qəbul edilib və bu aktlar 160 minə yaxın şəxsə şamil olunub.
















