Estoniya hakimiyyəti rəsmi tədbirlərdən kənar xarici simvolların, o cümlədən Ukrayna bayrağının qadağan edilməsini nəzərdə tutan qanun layihəsi təklif edib.
1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 30-da qanun layihəsinin həmmüəllifi, EKRE fraksiyasının üzvü Varro Vuqlaid məlumat verib.
Onun sözlərinə görə, hazırda digər ölkələrlə həmrəyliyi ifadə etməyin bir çox yolu var.
Postimees qəzeti onun sözlərindən sitat gətirir: "Bu, illərlə hökumət binalarının üzərində dalğalanan Ukrayna bayraqlarının olmasını tələb etmir".
















