Fransa prezidenti Emmanuel Makronun etibar reytinqi 11%-ə düşüb.
1xeber.media xəbər verir ki, bu, oktyabrın 30-da Verian Group sosioloji şirkətinin keçirdiyi sorğu nəticəsində məlum olub.
Le Figaro sorğunun nəticələrinə istinadən yazır: “Elisey Sarayının aylardır qorxduğu şey baş verdi: Makronun etibar reytinqi bu ay yenidən aşağı düşüb, ən aşağı səviyyəyə çatıb və Fransua Ollandın (Fransanın 24-cü prezidenti – red.) ən pis nəticəsinə uyğun gəlib”.
Sorğu oktyabrın 26-dan 28-dək 1000 yetkin Fransa vətəndaşı arasında keçirilib.















