Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinə təyinat alıb.
1xeber.media xəbər verir ki, 38 yaşlı hakim IV tur çərçivəsində keçiriləcək "Slaviya" (Çexiya) - "Arsenal" (İngiltərə) oyununu idarə edəcək.
Ona Zeynal Zeynalov, Akif Əmirəli və Elçin Məsiyev kömək edəcək.
Niderlandlı Rob Diyperink VAR hakimi, Yeron Manshot isə AVAR hakimi olacaq.
Qeyd edək ki, görüş noyabrın 4-də keçiriləcək.

















