1xeber.media xəbər verir ki, "Əl-Nassr"ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo jurnalist Piers Morqanın YouTube kanalına müsahibəsində özünü İngiltərə millisinin sabiq kapitanı Devid Bekhemlə müqayisə edib.
Futbolçu Bekhemin cazibədar görünüşünə baxmayaraq, özünü mükəmməl hesab etdiyini bildirib. Ronaldo qeyd edib ki, Bekhemin yanında Kopakabana çimərliyində olsaydı, ictimaiyyət həmkarından çox onunla maraqlanardı. O əlavə edib ki, Bekhem razılaşacaq.
Ronaldo daha əvvəl atletik uzunömürlülüyünün sirrini açaraq sağlam yuxunu əsas alət kimi göstərmişdi.
Ronaldo beşqat “Qızıl top”un sahibidir. O, beş Çempionlar Liqası, həmçinin İngiltərə, İspaniya və İtaliyada liqa titullarını qazanıb. Portuqaliya millisi ilə birlikdə futbolçu 2016-cı ilin Avropa Çempionu, qitə çempionatının gümüş və bürünc mükafatçısı, 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.

















