1xeber.media xəbər verir ki, bunu "Facebook" hesabında rejissor Hüseyn Mehdiyev yazıb.
O, deputat Polad Bülbüloğlu və Rafael Hüseynovun kino və mədəniyyət sahəsinə ayrılan vəsaitin azlığından şikayətlərini dəstəkləyib.
Rejissor qeyd edib: "Cəmiyyətimizdə mənəviyyatın və əxlaqı dəyərlərin formalaşmasında və qorunmasında mədəniyyətin və kinonun rolu əvəzsizdir. Kimlərə isə bu dəyərlər mane olur. Bu belə də davam edəcək ta ki torpağlarımızı azad edən o "YUMRUQ" kinomuzu məhvə aparanların başına dəymiyincə... çünki onlar üzdə deyillər və bir deyil, iki deyil yüzlərlədir".

















