Biz əvvəlcə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə, sonra isə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefonla danışdıq. Millətimizlə bərabər azərbaycanlı qardaşlarımızı və gürcü dostlarımızı da dərindən kədərləndirən bu faciəli hadisəni hərtərəfli araşdırırıq. Gürcüstanın hökumət orqanları bu prosesdə ən yüksək səviyyədə yardım və əməkdaşlığı təmin edir. Eynilə, azərbaycanlı qardaş və bacılarımız da hər cür dəstək və töhfələr verirlər.
1xeber.media xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Millətim arxayın ola bilər ki, Türkiyə, Gürcüstan və Azərbaycanın bütün imkanları qəhrəmanlarımız üçün səfərbər olunub. Sahə əməliyyatlarını gündəlik olaraq izləyirik. Biz lazımi araşdırmaların ciddi şəkildə aparılmasını və hadisənin bütün aspektlərinin tam aydınlaşdırılmasını təmin edəcəyik.
Milli Müdafiə Nazirliyimiz və Rabitə Nazirliyimiz mütəmadi olaraq ictimaiyyəti məlumatlandırır və bunu davam etdirəcək. Xalqımızı yalana, manipulyasiyaya və dezinformasiyaya qarşı ayıq olmağa çağırıram. Mən onları, xüsusən də sosial şəbəkələrdə, belə bir hadisədən çirkli siyasi maraqlar üçün istifadə edəcək qədər alçalan şəxslərə inanmamağı tövsiyyə edirəm”, - Ərdoğan əlavə edib.
Qeyd edək ki, dünən Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 hərbi yük təyyarəsi Gürcüstan üzərində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 nəfərin hamısı həlak olub.

















