"Ermənistanda hərbi parad keçirmək olduqca təsirli olardı, amma hökumət hazırda sülhə diqqət yetirir".
1xeber.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu parlamentdə hökumət saatı zamanı hakim fraksiyanın deputatı Hasmik Hakobyanın hakimiyyətin belə bir tədbir keçirmək niyyətində olub-olmadığı ilə bağlı sualına cavab olaraq bildirib.
Erməni baş nazir paradla bağlı fikirlərin fərqli olduğunu bildirib:
"Bəziləri onun keçirilməli olduğuna inanır, digərləri isə hazırda bunun yersiz olduğunu düşünür".
Bu kontekstdə o, müəyyən vətəndaş qruplarına ən son silahları göstərmək təklifini xatırladıb. "Maraqlananlar müvafiq olaraq qeydiyyatdan keçə bilərlər və təhlükəsizlik xidmətləri tərəfindən bəzi yoxlamalardan sonra onlara ordunun "ən yeni silahlarını" görmək imkanı veriləcək", - deyə Paşinyanq eyd edib.
Paşinyan bu ideyanı 8 noyabrda üçüncü prezidentin 44 günlük müharibə zamanı baş nazirin və onun komandasının hərəkətləri ilə bağlı tənqidlərinə cavab olaraq irəli sürüb.
Paşinyan hesab edir ki, ordunun "yeni inkişaflarını" vətəndaşlara göstərməklə, sələflərindən qalan mirasla ordunun hazırkı vəziyyəti arasındakı ziddiyyəti nümayiş etdirəcək.

















