Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Orxan Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Göyçay rayonuna icra başçısı təyin olunub.
1xeber.media Orxan Mürsəlovun dosyesini təqdim edir:
Orxan Mürsəlov 26 iyul 1986-cı il tarixində Rusiya Federasiyasının Bryansk şəhərində anadan olub. O, 1993-2004-cü illərdə Bakı şəhərindəki 95 saylı tam orta məktəbdə təhsil alıb.
Orxan Mürsəlov 2004-2008-ci illərdə Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsini politologiya ixtisası üzrə bitirib. O, 2008-2009-cu illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olub, 2010-2012-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarəedilməsi - marketinq ixtisası üzrə magistr dərəcəsi alıb.
Orxan Mürsəlov 2010-2022-ci illərdə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində və Ərazi-təşkilat məsələləri şöbəsində müxtəlif vəzifələrdə çalışıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2022-ci il tarixli sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

















